ELAN
- Nəşr edilib 20.04.2026 18:00
- Çap
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) yaradılmasının 20 illik yubileyi münasibətilə 29 may 2026-cı il tarixində “İdarəetmədə multikultural dəyərlər” mövzusunda doktorant, dissertant, magistr və müstəqil tədqiqatçıların IX Respublika Elmi-Praktik Konfransının keçirilməsi planlaşdırılır.
Sözügedən Respublika konfransının əsas məqsədi idarəetmə sahəsində aparılan fundamental və tətbiqi elmi-tədqiqat işlərinin nəticələrinin sistemli şəkildə təhlili və elmi məruzələrin təhlili, müasir idarəetmə modellərində multikultural dəyərlərin konseptual əsaslarının müəyyənləşdirilməsi, müxtəlif fəaliyyət sahələrində bu dəyərlərin institusional inteqrasiyası mexanizmlərinin araşdırılması və onların əlçatanlığının təmin olunmasına yönəlmiş elmi cəhətdən əsaslandırılmış praktik tövsiyələrin işlənib hazırlanmasından ibarətdir.
Eyni zamanda, konfrans çərçivəsində idarəetmədə multikultural yanaşmanın nəzəri-metodoloji aspektlərinin dərinləşdirilməsi, mövcud problemlərin identifikasiyası və davamlı inkişaf prinsipləri kontekstində optimal həll mexanizmlərinin formalaşdırılması nəzərdə tutulur.
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
- Turizm və xidmət sektorunda çoxsahəli idarəetmə;
- Dövlət və bələdiyyə idarəçiliyində multikultural dəyərlər;
- Rəqəmsal transformasiya və multikultural idarəetmə mühiti;
- Korporativ idarəetmə və biznesin idarə edilməsi;
- İdarəetmədə hüquq problemləri.
- Turizmin idarəedilməsində informasiya təhlükəsizliyi və süni intellektin rolu
Konfransda iştirak etmək üçün müəllif haqqında aşağıda göstərilən məlumatların da təşkilat komitəsinə göndərilməsi mütləqdir:
- Adı, soyadı və ata adı
- Elmi dərəcəsi
- İş yeri və vəzifəsi
- Telefon nömrəsi və elektron ünvanı
- Məruzənin mövzusu və qısa xülasə
Məqalələrin tərtib olunma qaydaları:
Mətnin yığılması - A4 formatda, hər tərəfdən 2,5 sm, şrift 12 pt, interval 1, Times New Roman. Məqalələr Microsoft Word formatında yadda saxlanılmalıdır. Məqalələr 5 səhifədən az olmamaqla konfransın işçi dillərindən hər hansı birində təqdim olunmalıdır. Xülasə (60-80 söz) və açar sözlər (5-8 söz) məqalənin dərc olunduğu dildə və ondan əlavə iki dildə verilməlidir.
İstifadə edilən ədəbiyyatlara istinadlar kvadrat mötərizədə ədəbiyyatın nömrəsi və səhifə göstərilməklə verilir. Məsələn, [6, s.109].
Təşkilat komitəsi təqdim edilən məruzələrin seçilib istiqamətlər üzrə qruplaşdıraraq proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proqrama daxil edilmiş məruzələrin redaktə olunması işini həyata keçirir. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilmir.
Konfransın işçi dili: Azərbaycan dili, türk dili, ingilis dili, rus dili.
Konfrans üçün hazırlanan material 01.05.2026-cı il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərilməlidir.
Əlaqə telefonu: (012) 564-42-33 (daxili:125)