DOI: doi.org/10.61226/12.2.2023/20252.3

UOT: 005

Fidan HÜMBƏTOVA

Bakı Biznes Universiteti, doktorant Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.://orcid.org/0009-0009-4342-3568

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İDARƏEDİLMƏSİNDƏ KARYERA MƏRKƏZLƏRİNİN ROLU VƏ PRAKTİKİ ƏHƏMİYYƏTİ

Xülasə: Günümüzün aktual məsəsləsi olan işsizliyin səviyyəsinin aşağı salınması və intellektual kapitalın əmək bazarında işlə təmin edilərək yetişdirilməsidir.  Bu məqsədlə fəaliyyət göstərən həm fərdi karyera mələhət mərkəzləri həmdə universitetlərin daxilində bir struktur olaraq fəaliyyət göstərən karyera mərkəzləri  tələbələrin və məzunların peşəkar inkişafına dəstək vermək üçün daim çalışır və bu sahədəki tendensiyaları izləyirlər. Bu mərkəzlər əmək bazarı ilə bağlı informasiya verməklə yanaşı həmçinin onların karyera planlamasını hazırlayaraq hər bir məzun üçün şəxsi vizyon yaradır. Məzun və tələbələrə həm dövlət həm də özəl təşkilatlar tərəfindən göstərilən dəstəy, savadlı gənclərin məşğul əhali siyahına daxil olması üçün keçirtdikləri bir sıra seminarlar və təlimlər bunun əsas göstəricisidir.  Universitetlərin tərkibində yerləşən karyera mərkəzlərinin funksiyası məzun və tələbələr üçün əmək  yarmarkaları, təcrübələr, təlimlər həmçinin fərdi konsultasiyalar təşkil etməkdir. Eyni zamanda karyera mərkəzləri universitetlərlə sənaye müəssisələri arasında daim iş birliyi çərçivəsindədir.

Məqalədə karyera mərkəzlərinin fəaliyyət istiqamətləri, mövcud çətinlikləri və inkişaf perspektivlərini nəzərdən keçirir. Tədqiqat üçün bir sıra xarici və yerli universitetlərin karyera mərkəzlərinin fəaliyyəti araşdırılmış və yerli universitetlərin karyera mərkəzlərinin fəaliyyəti ilə müqayisə edilmişdir. Bununla yanaşı tədqiqatda karyera mərkəzlərinin fəaliyyəti ilə bağlı SWOT təhlilidə aparılaraq karyera mərkəzlərinin güclü, zəif, imkan və təhdidləri araşdırılmışdır. Əldə edilmiş nəticələrdən isə universitet daxilində yerləşən karyera mərkəzlərin inkişaf üçün bir sıra təklif və tövsiyyələr irəli sürülmüşdür.

Açar sözlər: Karyera mərkəzləri, ali təhsil müəssisələri, karyera planlaması, əmək bazarı.