MÜƏLLİFLƏR ÜÇÜN TƏLİMAT
- Nəşr edilib 18.02.2025 10:48
- Çap
TURİZM VƏ QONAQPƏRVƏRLİK TƏDQİQATLARI JURNALI
1.Jurnala təqdim edilən məqalələr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin qarşısında qoyduğu tələblərə və Azərbaycan Turizm Menecment Universitetinin qaydalarına cavab verməlidir;
2.Jurnalda çap olunan hər bir məqaləyə Rəqəmsal Obyekt İdentifikatoru (DOI – Digital Object Identifier) təyin olunur ;
3.Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar göstərilməlidir;
4.Müəllif ORCİD kodunu qeyd etməlidir;
5.Məqalə müəllifinin adı, soyadı, iş yeri, e-mail adresi yuxarıda sağda yazılmalıdır;
6.Azərbayacan dilində olan məqalələrin xülasəsi azərbaycan, ingilis və rus dillərində, rus dilində olan məqalələrin xülasəsi rus, azərbaycan və ingilis dillərində verilməlidir, ingilis dilində olan məqalələrin xülasəsi azərbaycan, ingilis və rus dillərində verilməlidir (minimum 200 söz);
7.Xülasələrin yazıldığı dillərdə açar sözlər verilməlidir;
8.Hər bir xülasədə məqalənin adı, müəllif(lər)in tam adı göstərilməlidir;
9.Məqalə "Giriş”, "Mətn” (yarımbaşlıqlara bölmək şərtilə), "Nəticə” və "İstifadə edilmiş ədəbiyyat siyahısı”ndan ibarət olmalıdır;
10.Məqalə “Times New Roman”-da, 12 şriftilə yazılmalı, mətn Microsoft Word proqramında (2003/2007) və A4 kağız formatına görə tərtib edilməlidir;
11.Yuxarıdakı şərtlər nəzərə alınmaqla məqalələr 7-12 səhifə həcmində olmalıdır;
12.Məqalənin yazılışı zamanı iddiaçı istifadə etdiyi materialların mənbələrinə və müəlliflərinə mütləq istinad etməlidir. Mətndəki istinaddan sonra kvadrat mötərizədə əsərin ədəbiyyat siyahısındakı nömrəsi, cild (çoxcildli əsərlər üçün) və müvafiq səhifə(lər) verilir. Məsələn, [54, s.162], [155, c.2, s.82-83], [54, s.162; s.23], və s. İstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının "İstifadə edilmiş ədəbiyyat” bölməsinin tələbləri əsas götürülməlidir. "İstifadə edilmiş ədəbiyyat” siyahısında qeyd edilənlər aşağıdakı nümunələrdə göstərilən qaydada verilməlidir:
Kitabın təsviri: Əliyev, H.Ə. Müstəqilliyimiz əbədidir: [46 cilddə] / H.Əliyev. – Bakı: Azərnəşr, – c. 45. – 2013. – 384 s.
Jurnal məqaləsi: Həbibbəyli, İ.Ə. Maarifçilik və realizm // – Bakı: Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, Humanitar elmlər seriyası, – 2018. №1, – s. 3-10.
Konfrans, simpozium və digərləri: Gatys, L.A., Ecker, A.S., Bethge, M. Image style transfer using convolutional neural networks // IEEE Conference on Computer Vision and Pattern Recognition. Las Vegas, Nevada, USA, – 2016, – p. 2414-2423.
Dissertasiyalar və avtoreferatlar: Səfərov, E.S. Xəzər dənizinin səviyyə tərəddüdlərinin məsafədən zondlama üsulları ilə tədqiqi: / coğrafiya üzrə fəlsəfə doktoru dis. / – Bakı, 2018. – 151 s.
Arxiv mənbələri: Xarici İşlər naziri Məhəmməd Həsən Hacınskinin məruzəsi (Gənсə: 15 iyul 1918-ci il) // Azərbaycan Respublikası Dövlət Arxivi, Fond № 1061, siyahı №1, iş № 95, vərəq – 1.
Qəzet mənbələri: Abdullayev, F. Azərbaycanı Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il keçir // Respublika. – 2019, 9 noyabr. – s. 2.
Müəlliflik şəhadətnamələri və patentlər: Səfərov, A.R., 1,4 – Butandiolun alınma üsulu, İxtira i2017 0005, Azərbaycan Respublikası / Əliyev A.M., Əliyev F.V., Mətiyev K.İ. [və b.].
İnternet mənbələri: Azərbaycan etnik musiqisi: [Elektron resurs] / tərt. ed. T.Məmmədov və b.; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. – Bakı, 2006. – DVD+; 13 sm.
Mənbə: https://aak.gov.az/single/492
13.Ədəbiyyatlara istinad edərkən son 10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir. Mətndə istifadə edilməyən mənbələr "İstifadə edilmiş ədəbiyyat” hissəsində göstərilməməlidir;
14.Əvvəllər çap olunmuş əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir;
15.Elmi dərəcəsi olan müəlliflər istisna olmaqla, hər məqalə üçün müvafiq elm sahəsi üzrə elmlər doktorunun rəyi təqdim edilməlidir;
16.Məqalələr redaksiyanın aşağıdakı elektron ünvanına (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) göndərilməlidir;
17.Jurnala məqalə il ərzində mütəmadi olaraq 4 dildə -Azərbaycan, Türk, İngilis və Rus dillərində qəbul edilir.
18.Jurnal ildə 4 dəfə olmaqla-yanvar, aprel, iyul və oktyabr aylarında çap olunur. Jurnalın elektron versiyasını(http://atmu.edu.az/az/arxiv) universitetin saytından əldə etmək olar.
