“Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalına dair ümumi QAYDALAR
- Nəşr edilib 07.06.2018 19:08
- Çap
Azərbaycan Turizm və Menecment Universiteti
“Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalına dair ümumi
QAYDALAR
- ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 10 mart 2023-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər”ə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2015-ci il 14 oktyabr tarixli 10-N nömrəli qərarı ilə təsdiq edilmiş “Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydaları”na uyğun olaraq hazırlanmışdır;
1.2. Jurnalın fəaliyyəti Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarları və beynəlxalq standartlara uyğun qurulub;
1.3. Jurnalın əsas məqsədi turizm, iqtisadiyyat, tarix, mədəniyyət sahələrində elmi tədqiqatların inkişaf etdirilməsi, təbliği və yayılmasıdır;
1.4. Jurnalın dövriliyi rüblükdür.
- JURNAL HAQQINDA ÜMUMİ MƏLUMAT
2.1. Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05.12.2011-ci il tarixli 3507 № ilə qeydiyyata alınmış, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 16 may 2014-cü il tarixli (protokol № 07-R) qərarı ilə İqtisad elmləri, Tarix elmləri və Sənətşünaslıq üzrə (6219.01-Kulturologiya və onun ümumi məsələləri; 6220.01-Muzeyşünaslıq) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlərin siyahısı”na daxil edilmişdir.
2.2. “Turizm və qonaqpərvərlik tədqiqatları” adlı çoxprofilli elmi jurnalda turizm, iqtisadiyyat, tarix, mədəniyyət sahələrinin müasir inkişaf problemləri və onun sosial-iqtisadi inkişaf ilə qarşılıqlı əlaqələrinin nəzəri və praktiki problemlərinə həsr edilmiş məqalələrə üstünlük verilir. Jurnalda həmçinin sosial-iqtisadi inkişafın digər problemləri haqqında yazılmış orjinal məqalələrin dərcinə də yer verilir. Jurnal respublikamızda turizmin inkişafına xidmət göstərən xüsusi buraxılışlar dərc etmək hüququna malikdir. Jurnal rübdə bir dəfə çıxır. “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalına dünyanın hər yerindən Azərbaycan, türk, ingilis və rus dillərində məqalələr qəbul edilir.
2.3.“Turizm və qonaqpərvərlik tədqiqatları” elmi jurnalı 2012-ci ildən başlayaraq davamlı dərc olunur. Jurnal spesifikliyi və turizm sahəsinə aid ixtisaslar üzrə elmi araşdırmaların geniş elmi ictimaiyyətə çatdırılmasında faydalılığı ilə seçilir. Onun redaksiya heyətində dünyanın altı ölkəsindən sahə üzrə tanınmış mütəxəssislər təmsil olunub ki, bu həm redaksiyanın xaricdən maraqlı məqalələr almasına, həm də jurnalın Azərbaycandan kənarda yayılaraq tanınmasına kömək edir.
2.4. 2023-cü ildə jurnal üçün Rəqəmsal Obyekt İdentifikatoru (DOI – Digital Object Identifier- 10.61226) və elmi nəşrin elektron variantının E-ISSN kodu (2959-8389) alınmışdır.
- REDAKSİYA HEYYƏTİ
3.1. Redaksiya şurası:
- Fuad Nağıyev-Redaksiya şurasının sədri, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri;
- İlham Mədətov-Baş redaktor, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru;
- İranə Əliyeva- Baş redaktorun müavini, Azərbaycan Turizm və Menecment Universitetinin Elm məsələləri üzrə prorektoru, p.ü.e.d., prof.
3.2. Redaksiya Şurasının üzvləri:
- Zaur Bağırov-f.ü.e.d., prof., Azərbaycan Turizm və Menecment Universitetinin Tədris işləri üzrə prorektoru;
- Araz Aslanlı- Azərbaycan Turizm və Menecment Universitetinin Strateji inkişaf məsələləri üzrə prorektoru;
- Nəsirulla Nəsirli- f-r.ü.f.d.., dos., Azərbaycan Turizm və Menecment Universitetinin “Elm və innovasiya” şöbəsinin müdiri;
- Kənan Allahverdiyev- f.ü.e.d., dos., Azərbaycan Turizm və Menecment Universitetinin “Sosial menecment” fakültəsinin dekanı;
- Bahadur Bilalov-t.ü.f.d., dos., Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı;
- Vüqar Nəzərov- i.ü.f.d., dos., Azərbaycan Turizm və Menecment Universitetinin “Biznes idarəçiliyi” fakültəsinin dekanı;
- Novruz Quliyev- p.ü.f.d., dos., Azərbaycan Turizm və Menecment Universitetinin “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri;
- Hafiz Hüseynov- f.ü.f.d.,dos., Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm biznesi” kafedrasının müdiri;
- Cənnətxan Eyvazov-s.ü.f.d.,dos., Azərbaycan Turizm və Menecment Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müdiri;
- Günay Qafarova- s.ü.f.d., dos., Azərbaycan Turizm və Menecment Universitetinin “İctimai fənlər” kafedrasının müdir əvəzi;
- Məhərrəm Zülfüqarlı - t.ü.e.d., prof., Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kafedrasının professoru;
- Kərim Şükürov- t.ü.e.d., prof., A. Bakıxanov adına Tarix İnstitutunun baş direktoru;
- Minaxanım Əsədova- t.ü.e.d, prof.əvəzi, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi;
- Rəna Sultanova-i.ü.e.d., prof., Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi;
- Əliağa Məmmədli - a.ü.e.d, prof., Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi;
- Əli Əlirzayev-i.ü.e.d., prof. Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri;
- Sabirə Dünyamalıyeva - s.ü.e.d., prof., Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi;
- Həbibə Sultanova-c.ü.f.d., dos., Bakı Dövlət Universitetinin “Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası” kafedrasının müdiri.
3.3. Əcnəbi üzvlər:
- Cəfər Cəfəri (ABŞ)- prof., Turizm Araşdırmaları Beynəlxalq Akademiyasının təsisçisi və prezidenti, Viskonsin-Stout Universitetinin müəllimi;
- Eva Verner (Avstriya)- prof., İMC KremsTətbiqi Elmlər Universitetinin rektoru;
- Ömər Baybars Tek(Türkiyə)-prof.- Dokuz EylülUniversitinin müəllimi;
- Mustafa Tanyeri (Türkiyə)-prof., Dokuz EylülUniversitinin müəllimi;
- İkbal Aksulu (Türkiyə)-prof., Dokuz EylülUniversitinin müəllimi;
- Bülent Himmetoğlu (Türkiyə)-prof., Boğaziçi Üniversitetinin müəllimi;
- Hilmi Yüksel (Türkiyə)-prof., Dokuz EylülUniversitinin müəllimi;
- Uwe Veithöner (Almaniya)-prof., Jade Universitetinin müəllimi;
- Vladimir Şalayev (Rusiya)-prof., Povoljsk Dövlət Texnologiya Universitetinin “Sosial texnologiyalar” fakültəsinin dekanı;
- Alberto Romero-Ania (İspaniya)- i.ü.e.d., İMCKrems Tətbiqi Elmlər Universitetinin müəllimi.
3.4. Məsul katib:
- MÜƏLLİFLƏR ÜÇÜN TƏLİMAT
- Jurnala təqdim edilən məqalələr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin qarşısında qoyduğu tələblərə və Azərbaycan Turizm Menecment Universitetinin qaydalarına cavab verməlidir;
- Jurnalda çap olunan hər bir məqaləyə Rəqəmsal Obyekt İdentifikatoru (DOI – Digital Object Identifier) təyin olunur ;
- Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodların verilməsi;
- Məqalə müəllifinin adı, soyadı, iş yeri, e-mail adresi yuxarıda sağda yazılmalıdır;
- Azərbayacan dilində olan məqalələrin xülasəsi azərbaycan, ingilis və rus dillərində, rus dilində olan məqalələrin xülasəsi rus, azərbaycan və ingilis dillərində verilməlidir, ingilis dilində olan məqalələrin xülasəsi azərbaycan, ingilis və rus dillərində verilməlidir;
- Xülasələrin yazıldığı dillərdə açar sözlər verilməlidir;
- Hər bir xülasədə məqalənin adı, müəllif(lər)in tam adının göstərilməlidir;
- Məqalə "Giriş”, "Mətn” (yarımbaşlıqlara bölmək şərtilə), "Nəticə” və "İstifadə edilmiş ədəbiyyat siyahısı”ndan ibarət olmalıdır.
- Məqalə “Times New Roman”-da, 12 şriftilə yazılmalı, mətn Microsoft Word proqramında (2003/2007) və A4 kağız formatına görə tərtib edilməli, kənar boşluqlar 2,5 x 2,5, alt və üst boşluqlar 1, 5 cm olmalı, paraqraflar: “o” cm aralıqda; sətirarası: “tək” olmalıdır.
- Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmləri ilə ardıcıl nömrələnməli, müvafiq olaraq "cədvəl” və "şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şiriftlə yazılmalıdır. Cədvəlin sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir. Cədvəl və şəkillər biri-birini təkrarlamamalı, göstəricilər Beynəlxalq vahidlər sistemində (Sİ) verilməlidir. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq, onlar nömrələnməli, "Cədvəl” və ya "Şəkil” sözü də yazılmamalıdır. Şəkillər elektron formatda "jpg”, "tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Excel, Adobe Illustrator, Potoshop və CorelDRAW proqramlarından birində təqdim edilməlidir. Düsturlar Microsoft Equation-də standart parametr ilə yığılmalıdır. Əlyazmada istifadə olunan düsturlarda rast gəlinən simvolların qiyməti və ədədi əmsallarının izahı, onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə düsturun altında verilməli, düstur sağ tərəfdə mötərizə daxilində nömrələnməli, hər bir simvolun və ədədi əmsalın qiyməti yeni sətirdə yerləşdirilməli və izahatın birinci sətri "burada” sözündən sonra yazılmalıdır. Tənliklər və düsturlar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır;
- Yuxarıdakı şərtlər nəzərə alınmaqla məqalələr 7-12 səhifə həcmində olmalıdır;
- Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə zəruri istinadlar olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı ya istinad olunan ədəbiyyatların mətndə rast gəlinən ardıcıllıqla (məsələn, [1] və ya [1, s.120] kimi işarə olunmalıdır. Elmi ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının "İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir. "İstifadə edilmiş ədəbiyyat” siyahısında qeyd edilənlər aşağıdakı nümunələrdə göstərilən qaydada verilməlidir:
- Kitabın təsviri: Əliyev, H.Ə. Müstəqilliyimiz əbədidir: [46 cilddə] / H.Əliyev. – Bakı: Azərnəşr, – c. 45. – 2013. – 384 s.
- Jurnal məqaləsi: Həbibbəyli, İ.Ə. Maarifçilik və realizm // – Bakı: Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, Humanitar elmlər seriyası, – 2018. №1, – s. 3-10.
- Konfrans, simpozium və digərləri: Gatys, L.A., Ecker, A.S., Bethge, M. Image style transfer using convolutional neural networks // IEEE Conference on Computer Vision and Pattern Recognition. Las Vegas, Nevada, USA, – 2016, – p. 2414-2423.
- Dissertasiyalar və avtoreferatlar: Səfərov, E.S. Xəzər dənizinin səviyyə tərəddüdlərinin məsafədən zondlama üsulları ilə tədqiqi: / coğrafiya üzrə fəlsəfə doktoru dis. / – Bakı, 2018. – 151 s.
- Arxiv mənbələri: Xarici İşlər naziri Məhəmməd Həsən Hacınskinin məruzəsi (Gənсə: 15 iyul 1918-ci il) // Azərbaycan Respublikası Dövlət Arxivi, Fond № 1061, siyahı №1, iş № 95, vərəq – 1.
- Qəzet mənbələri: Abdullayev, F. Azərbaycanı Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il keçir // Respublika. – 2019, 9 noyabr. – s. 2.
- Müəlliflik şəhadətnamələri və patentlər: Səfərov, A.R., 1,4 – Butandiolun alınma üsulu, İxtira i2017 0005, Azərbaycan Respublikası / Əliyev A.M., Əliyev F.V., Mətiyev K.İ. [və b.].
- İnternet mənbələri: Azərbaycan etnik musiqisi: [Elektron resurs] / tərt. ed. T.Məmmədov və b.; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. – Bakı, 2006. – DVD+; 13 sm.
Mənbə: https://aak.gov.az/single/492
4.13. Ədəbiyyatlara istinad edərkən son 10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir. Mətndə istifadə edilməyən mənbələr "İstifadə edilmiş ədəbiyyat” hissəsində göstərilməməlidir.
4.14. Əvvəllər çap olunmuş əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir.
4.15. Elmi dərəcəsi olan müəlliflər istisna olmaqla, hər məqalə üçün müvafiq elm sahəsi üzrə elmlər doktorunun rəyi təqdim edilməlidir.
4.16. Məqalələri redaksiyanın aşağıdakı elektron ünvanına (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) göndərilir.
4.17. Jurnala məqalə il ərzində mütəmadi olaraq 4 dildə -Azərbaycan, Türk, İngilis və Rus dillərində qəbul edilir.
4.18. Jurnal ildə 4 dəfə olmaqla-yanvar, aprel, iyul və oktyabr aylarında çap olunur. Jurnalın elektron versiyasını(http://atmu.edu.az/az/arxiv) universitetin saytından əldə etmək olar.
- JURNALININ MƏSUL KATİBİNİN VƏZİFƏ ÖHDƏLİKLƏRİ
- ATMU-nun əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalına məqalələrin toplanması, müəlliflərlə iş və jurnalın çapa hazırlanması işinə məsuliyyət daşıması;
- Rəy, məqalə və xülasələrin keyfiyyətinin artırılması üçün təlimlərin aparılması;
- Ölkənin digər elmi qurumlarında çalışan mütəxəssislər və xarici alimlər dəvət olunmaqla jurnalların redaksiya heyətinin tərkibinin genişləndirilməsi;
- Beynəlxalq əməkdaşlıq çərçivəsində xarici alimlər cəlb edilməklə məqalə müəlliflərinin coğrafiyasının genişləndirilməsi;
- Jurnalın elmi səviyyəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması;
- Yeni qaydalara əsasən jurnalın web-saytının hazırlanması istiqamətində müvafiq işlərin aparılması;
- Elmi etikaya ciddi riayət olunmasının gözlənilməsi;
- ATMU-nun rəsmi saytında jurnalın bütün saylarının tam mətninin və ayrıca məqalələrə istinadların yerləşdirilməsi;
- Təcrübəli mütəxəssislər cəlb olunmaqla seminarlar, konfranslar, jurnalların məsul redaktorları, müəlliflər üçün təlimlər keçirilməsi, jurnalın qeydiyyat, redaksiya heyəti üzvlərinin seçilmə qaydaları, məqalənin tərtibatı, elmi etika və s. məsələlərinin müzakirə olunması və təcrübə mübadiləsinin aparılması;
- Elmi tədqiqatların və məqalə mətnlərinin rəyləndirilməsi işinin təşkili;
- Məqalələrin elmi və qrammatik baxımdan ciddi redaktə olunması;
- Nəşr edilən məqalələr üçün Rəqəmsal Obyekt İdentifikatorunun (DOI – Digital Object Identifier) alınması;
- Redaksiyaya daxil olan məqalələrdə plagiatın mövcudluğunun yoxlanılması;
- Dövri elmi nəşrdə onun dövriliyinin göstərilməsi və gözlənilməsi;
- Məqalədə istifadə edilmiş ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumatın, mənbələrin elmi məqalələr üçün biblioqrafik təsvirə uyğun verilməsinin yoxlanılması;
- Jurnalın beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazalarına daxil edilməsi istiqamətində müvafiq işlərinin həyata keçirilməsi;
- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 10 mart 2023-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər”ə riyayət olunması.