AZƏRBAYCANDA HƏYAT SIĞORTASININ İNKİŞAF İSTİQAMƏTLƏRİ VƏ MÖVCUD PROBLEMLƏRİ

Turizm və qonaqpərvərlik tədqiqatları. İl 14, Say 2, 2025, 9-17s.

Tourism and Hospitality Studies. Volume 14, Number 2, 2025, p. 9-17.

DOI: doi.org/10.61226/12.2.2023/20252.18

 UOT: 368

Camal HACIYEV

Azərbaycan Turizm və Menecment Universiteti, iqtisad üzrə fəlsəfə doktoru, dosent Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

https://orcid.org/0000-0002-6409-3010

  Maral ƏHMƏDOVA

Azərbaycan Turizm və Menecment Universiteti, magistrant

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

https://orcid.org/0009-0000-3722-3724

AZƏRBAYCANDA HƏYAT SIĞORTASININ İNKİŞAF İSTİQAMƏTLƏRİ VƏ MÖVCUD PROBLEMLƏRİ

Xülasə: Müasir dövrdə həyat sığortası yalnız maliyyə təhlükəsizliyi vasitəsi kimi deyil, həm də sosial rifahın formalaşdırılmasında vacib alət kimi çıxış edir. Bütün dünyada bu sahənin aktuallığı durmadan artır; çünki insanların gözlənilməz risklərə qarşı qorunma ehtiyacı getdikcə daha çox önə çıxır. Xüsusilə inkişaf etmiş ölkələrdə həyat sığortasına olan marağın artması, bu xidmətin ailələrin uzunmüddətli planlamasında mühüm yer tutduğunu göstərir. Azərbaycanda da həyat sığortasına maraq son illərdə artmaqdadır və bu, həm iqtisadi sabitliyin güclənməsi, həm də əhalinin sığorta məlumatlılığının yüksəlməsi ilə bağlıdır.

 Lakin buna baxmayaraq, ölkədə həyat sığortasının ümumi sığorta bazarındakı payı hələ də nisbətən aşağıdır. Növlər üzrə dinamikanın təhlili göstərir ki, könüllü həyat sığortası məhsullarına maraq artsa da, icbari həyat sığortası sahəsində ciddi təşviqat və maarifləndirmə tədbirlərinə ehtiyac qalır. Qlobal səviyyədə həyat sığortasının sığorta bazarındakı rolu sürətlə artarkən, Azərbaycanın bu prosesə uyğunlaşması və bazar payının artırılması prioritet məsələyə çevrilməkdədir. Bütün bu faktorlar həyat sığortasının bu gün üçün nə qədər aktuallığını təsdiqləyir və bu mövzuda tədqiqatların zəruriliyini ön plana çıxarır.  

Bu məqalədə Azərbaycanda fəaliyyət göstərən ümumi sığorta bazarının cari vəziyyəti təhlil olunmuş, həyat sığortasının müxtəlif növləri üzrə inkişaf dinamikası araşdırılmış və beynəlxalq təcrübə fonunda bu sahənin mövcud vəziyyəti müqayisəli şəkildə analiz edilmişdir.  

Məqalədə müxtəlif tədqiqat metodlarından, o cümlədən iqtisadi-statistik, sorğu anketi və müqayisəli təhlil və s. istifadə edilmişdir.

Açar sözlər: Həyat sığortası, sığorta bazarı, əhalinin sığorta məlumatlılığı, sığorta növləri, aktual problemlər.

Camal HACIYEV, Maral ƏHMƏDOVA

 BİZİMLƏ ƏLAQƏ

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

Ünvan: Koroğlu Rəhimov küçəsi 822/23
Tel: +994 12 564 42 33
Email: info@atmu.edu.az
Poçt indeksi: AZ1072

 


 

 FAYDALI LİNKLƏR

www.president.az
www.mehriban-aliyeva.org
www.heydar-aliyev.org
www.mct.gov.az
www.portal.edu.az
www.virtualkarabakh.az
www.sta.gov.az
www.studyinazerbaijan.edu.az

 

Copyright ©RNS-2026. Azərbaycan Turizm və Menecment UniversitetiMüəllif hüquqları qorunur.